Rumıniyanın məhşur futbolçusu Kostike Ştefenesku intihar edib.
Veteran futbolçu Buxaretsdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Məlumata görə, 62 yaşlı Ştefenesku xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, əvvəllər Almaniyada uğursuz müalicə kursu keçirib.
Qeyd edək ki, Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək "Styaua”, "Politexnik” və "Universitati” klublarının baş məşqçisi olub.