“Neftçi” Emin Mhediyevlə bağlı qərarında dəyişiklik edib. Paytaxt klubu Mehdiyevə yeni müqavilə təklif etmədiyindən futbolçu da “Sumqayıt”la danışıqlar aparmışdı. Hətta “Sumqayıt”la bütün məsələlərdə razılığa gələn futbolçuya sadəcə “Neftçi”dən transfer vərəqəsini götürmək qalırdı.
Lakin paytaxt klubu az öncə Mehdiyevi komandada saxlamaq qərarına gəlib. Bunu futbolçu idmanxeber.com-a açıqlamasında bildirib. O, qeyd edib ki, “Neftçi”ylə yeni müqavilə imzalayacaq.