İdman

“Bakı-2015”: Güləşçilərimiz günü bir qızıl və bir bürünc medalla başa vurur (YENİLƏNİB)

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə mübarizəyə qoşulacaq 4 güləşçimiz 48, 55, 60 və 69 kq çəki dərəcələrində yarışacaqlar.

48 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Maria Stadnik mübarizəyə 1/8 finaldan qoşulub. Təmsilçimiz bu mərhələdə portuqaliyalı Kosta Dos Santosu məğlub edərək 1/4 finala adlayıb. Yarımfinala gedən yolda Stadnik fransalı güləşçini də məğlub edərək, yarımfinala yüksəlib. Finala vəsiqə qazanmaq üçün idmançımız polşalı güləşçi ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan təmsilçimiz finala yüksəlib. Final görüşündə bolqarıstanlı idmançı ilə qarşılaşan Stadnik rəqibinə şans verməyib. 12:1 hesabı ilə qələbə qazanan idmançımız millimizin aktivinə 7-ci qızıl medalı əlavə edib.

55 kq

Bu çəki dərəcəsində ölkəmizi Natalya Sinişin təmsil edir. Güləşçimiz yarımfinalda uduzub. Belədə o, bürünc medal uğrunda mübarizə aparacaq. Son görüşündə ukraynalı idmançı ilə qarşılaşan təmsilçimiz   qələbə qazanıb və bürünc medallara layiq görülüb.

60 kq

Bu çəkidə növbəti medal ümidimiz – Yuliya Ratkeviç mübarizə aparır. O da mübarizəyə 1/8 finalda qoşulub. Lakin təmsilçimiz gözlənilmədən Bolqarıstan idmançısı Yusein Taybeyə uduzub. 

69 kq

Bu çəkidə isə millimiz Nadio Muşka ilə təmsil olunur. 1/8 finalda Muşka Rusiya idmançısı Nataliya Vorobyovaya uduzub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43