Premyer Liqa

“Sumqayıt” autsayderə qalib gəldi, “Qəbələ” “Qarabağ”a “2” verdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu Sumqaıytda keçiriləcək. Burada "Sumqayıt" AZAL-ı qəbul edəcək. Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparan "Sumqayıt" klubu bu görüşdə var gücü ilə mübarizə aparacaq. "Zirə"nin xal itirməsindən maksimum yararlanmağa çalışan Sumqayıt təmsilçisi bu görüşdə 3 xalı qazanmağa iddialıdır.

Günün son görüşündə isə "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Çempionluq uğrunda mübarizə aparan bu iki komandanın dueli azarkeşlər tərəfindən də maraqla gözlənilir. Görüş saat 17:30-da start götürəcək.

19 fevral (bazar)

“Sumqayıt” – AZAL  1:0
QOL: Yusif Nəbiyev, 13 (1:0)

Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”, 15:00

“Qəbələ” – “Qarabağ” 2:0
QOL: Sergey Zenyov, 29 (1:0); Filip Ozobiç, 69 (2:0)

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu, 17:30


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43