Ölkə futbolu

“Sumqayıt” futbolçusu ilə müqavilə yenilədi

“Sumqayıt” klubu 2014/2015 mövsümü üçün transfer çalışmalarına start verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddətini artırıb.

21 yaşlı futbolçu daha bir il “Sumqayıt” klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 3 mövsümdürki “Sumqayıt”ın şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43