Dünyadan

“Çelsi”nin ulduz futbolçusu komandadan ayrılacağını açıqladı

“Çelsi”nin sol cinah müdafiəçisi Eşli Koul komandadan ayrılacağını açıqlayıb. Klubda zəif çıxışına görə əsas heyətdə möhkəmlənə bilməyən futbolçu London klubundan məhs bu səbəbə görə ayrılmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, Koul artıq yeni klub axtarışına başlayıb. Karyerasını “Çelsi”də davam etdirməyəcəyini “Twitter” də açıqlayan futbolçu həmçinin bunları bildirib.

“Menecerimlə birlikdə gələn təklifləri dəyərləndiririk. Böyük ehtimalla “Çelsi”dən ayrılacam”.

Qeyd edək ki, Eşli Koul 2006-cı ildə “Arsenal”dan “Çelsi”yə transfer olmuşdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43