Ölkə futbolu

“Sabah” “Sumqayıt”ı darmadağın etdi- YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, təxirə salınmış oyunda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə sona çatıb.

Hazırda paytaxt klubu 80 xalla 2-ci, “gənclik şəhəri” təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
XXXIV tur
17 may

19:30. “Sumqayıt” – “Sabah” 0:4

Qollar: Con İrasabal, 34 (0:1), David Volkov, 44 (0:2), Kristian da Silva, 45+1 (0:3), Kristian Sebalyos, 72 (0:4)

 

Qeyd edək ki, “Sabah”ın “Beşiktaş”la yoldaşlıq görüşü ilə əlaqədar  sözügedən matçın vaxtı bu günə dəyişdirilib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43