Kateqoriyasız

“Sumqayıt” yenə heç-heçə etdi

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplantısında olan “Sumqayıt” ötən gün sonuncu yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Aqil Məmmədovun komandası Türkmənistanın “Balkan” klubu ilə qüvvəsini sınayıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. “Sumqayıt”ın qolunu Məhəmməd Qurbanov vurub.

Xatırladaq ki, “Sumqayıt”  hazırlıq çərçivəsində keçirdiyi yoxlama oyunlarında “Perspolis”ə 2:3 hesabı ilə məğlub olub, Özbəkistanın “Bunyodkor”una 1:0 hesabı ilə qalib gəlib, Batumi “Dinamo”su ilə 2:2 hesablı heç-heçə edib. Sonuncu yoxlama oyununda isə “Altın Asır”la bərabərə qalıb – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43