Kateqoriyasız

“Sumqayıt”dan qaçan futbolçu məsələyə aydınlıq gətirdi: “İndi də deyirlər ki…”

"Bakı" ilə səfər matçında əsas heyətdən son anda çıxarılan, AFFA-dan gələn tapşırıq əsasında Orxan Əliyevin oynadılmasına etiraz ədən və komandanı tərk edən "Sumqayıt"ın futbolçusu Təvəkkül Məmmədov idmanxeber.com-a açıqlamasında bunları deyib:

"Sumqayıt" klubu ilə bir-birimizi başa düşmədik, ona görə Krasnodara getmişdim. Onlar da mənə zəng edib qayıtmağımı istədilər. Dedilər ki, sənin maaşını kəsərik, 3200 dollar cərimə edəcəyik və dublda oynayacaqsan. Mən də qayıtdım, dublla məşq etdim, cərimə də olundum. İndi də deyirlər ki, sənin maaşın olacaq 1000 manat. Mən də etiraz etdim çünki, kontraktda yazılıb 3250 dollar. Ona görə bununla razı olmadım. Klub isə deyir ki, ya belədi, ya da 25min dollar ver, azad agent statusu al.

Mən də AFFA-ya şikayət ərizəmi yazmışam. İstəyirəm azad agent statusu alım. Mənə "Sumqayıt" klubunun 1 manatı belə lazım deyil. Mənim sənədimi versinlər və mane olmasınlar. AFFA-dan dedilər ki, 1 ay içində düzələcək. Əgər düzəlməsə, FİFA-ya şikayət yazacam.

Futbolçu klub prezidentinin görüş masasına oturmaq istəmədiyini bildirib:

"3 gündür qardaşım gəlib Krasnodardan klub prezidentinə zəng edir amma o götürmür. Verib telefonu menecerə(Ceyhun Sultanov) o, da hər dəfə bir söz deyir. Bu gün də menecerlə danışdıq. O da deyir ki, maaş 3250 manatdan 1000 manata düşəcək."

Məmmədov klubdan getməsinə də aydınlıq gətrib:

"Mən heç kimə deməmişəm ki, AFFA-dan zəng gəlib, kimisə göstəriş veriblər. Həmin oyundan qabaq məni çağırdılar adminstrasiyadan dedilər ki, Aqil məllim çağırır, o da dedi ki, "bu gün sən oynamayacaqsan Orxan Əliyev oynayacaq". Məndə cavabında "Allah köməyi olsun" demişəm.

Sabahı da mənə zəng edib niyə oynamadığımı soruşdular. Mən də dedim baş məşqçinin qərarıdı.

O söhbtədn sonra Aqil məllim gəldi yanıma dedi ki, "sən məmim adıma, karyerama ləkə vurdun. Gedib demisən ki, Aqil Məmmədova zəng gəldi, o məni oynatmadı". Bunlardan sonra mən komandada qala bilməzdim."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43