Ölkə futbolu

“Sumqayıt”ın növbəti sınağı- rəqib “aslanlar”

Premyer Liqanın 3-cü dövrəsinə “İnter”lə heç-heçə (0:0) ilə başlayan “Sumqayıt” 20-ci turda istirahət edəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Aqil Məmmədovun komandası yoxlama oyunu keçirmək qərarına gəlib.

Belə ki, “Sumqayıt” “Rəvan”la yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma fevralın 5-də saat 13:00-da “Bayıl Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43