Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın bu gün Bosniya v Herseqovina “Çelik”i nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.
Qeyd edək ki, “Sumqayıt” ilk sınaq matçında Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1. “Kimyaçılar” yanvarın 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubları ilə qarşılaşacaq.