İdman

“Sumqayıt”ın qış planı məlumdu: 4 yoxlama matçı, 2 transfer

Qış fasiləsinə 4-cü pillədə yollanan “Sumqayıt”ın hazırlıq planı məlum olub.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, “gənclik şəhəri”nin təmsilçisi yanvarın 5-də Bakıda bir araya gələcək. 15 gün paytaxtda təlim-məşq toplanışı keçən Samir Abasovun yetirmələri ayın 21-i Türkiyənin

Antalya şəhərinə yola düşəcək. 14 günlük hazırlıq dövründə komanda 4 yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır. Oyunların keçiriləcəyi günlər isə yanvarın 25, 28, 31-i və fevralın 2-nə təsadüf edəcək. Rəqiblərdən 3-nün adına da aydınlıq gəlib. “Sumqayıt” “Akademiya Pandev” (Makedoniya), “Anji” (Rusiya) və “Mladest”lə (Serbiya) üz-üzə gələcək. 

Sumqayıt təmsilçisinin qış transfer pəncərəsi dövründə hər hansı futbolçu ilə yollarını ayırması gözlənilmir. Əyalət klubu heyətinə qatması üçün 2 oyunçu ilə danışıqlar aparır. Hər iki futbolçunun mövqeyi yarımmüdafidi. Adları açıqlanmasa da, hər ikisinin Azərbaycan Premyer Liqasında çıxış edən oyunçular olmasını öyrənə bildik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43