İdman

“Sumqayıt”ın yeni prezidenti bəlli oldu – RƏSMİ

“Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. Klubun saytının yaydığı xəbərdə bildirilir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu “Sumqayıt”ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezident təyin olunub.

Qeyd edək ki, R.Rəfiyev bunadək AFFA-da çalışırdı.
Xatırladaq ki, Riyad Rəfiyev 1990-cı illərin ortalarında “Neftçi”nin prezidenti və sponsoru olmuş mərhum Rasim Rəfiyevin oğludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43