“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. “Bankirlər”in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. “Xəzər Lənkəran”la oyunla həmişə gərgin keçir. Mübarizə ilə bol oyun izlədik. Birinci hissədə qol vurduq. Uzun ötürmələrdən istifadə etdik. İkinci hissədə rəqib yorulmuşdu. Baxmayaraq ki, “Xəzər Lənkəran” fiziki cəhətdən yaxşı futbol oynayır. Amma biz bundan istifadə edə bilmədik. Bura heç-heçə üçün gəlməmişdik. Növbəti oyunlarda xal itkilərimizə son qoymalıyıq. Yaxşı oyun göstərdik. Penaltiyə gəlincə, düşünürəm ki, orada qayda pozuntusu var idi. AZAL-la oyundakı epizodun eynisi idi. Hətta ikinci penalti də olmalı idi”.