“Çempionatının ilk yarısını yüksək əhval-ruhiyyədə başa vurduq. Futbolçuların tam gücü ilə oynamaları məni sevindirir. Komandamın işə münasibətindən çox razı qaldım. Texniki personaldan rəhbərliyə kimi hamı öz işini dəqiq yerinə yetirirdi”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis komandasının yüksəlişdə olduğunu bildirib: “Turnir cədvəlində yuxarı pillədə olmağımız bunun nəticəsidir. Bu, bizə çempionluq uğrunda mübarizə aparmağa imkan verir. İkinci dövrədən fərqli ilk dövrədə daha çox xal toplamağımız yaxşı cəhətdir. Bu, komandanın yüksəlişdə olduğunu göstərir. Hesab edirəm ki, qış fasiləsinə 2-ci pillədə yollanmağımız klub kollektivinin uğurudur”.
Rusiyalı çalışdırıcı mövsümün ikinci yarısında bundan da çox xal toplayıb, marafonu 1-ci yerdə başa vurmaq istəyir: “Biz bunun üçün rəqibləri fərqləndirməyib, hamısına qalib gəlməliyik. Onu nəzərə alaq ki, “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da, bu, bərabər mübarizə şəraitində oldu. Üstəlik, məğlubiyyətlərimiz minimal fərqlə olub. Yəni qorxulu heç nə yoxdur və yolumuza davam etməliyik”.
Syomin qış fasiləsində müəyyən mövqelərin gücləndirilməyi vacib sayır:
“Əlbəttə, komandamızda yerli futbolçuların sayını artımaq lazımdır. Özü də onlar rəqabət apara biləcək futbolçular olmalıdır. “Qəbələ” fasilədə heyətini lazımınca komplektləşdirə bilsə, daha güclü komanda olacaq”.