“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Dinamo”nun (Kiyev) sabiq futbolçusu Aleksandr Əliyev və “Qaziantepspor”dan ayrılan Artyom Milevski ilə maraqlandığı barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Təcrübəli çalışdırıcı açıqlamasında hər iki futbolçunun transfer siyahısında olmadığını deyib. Rusiyalı mütəxəssis əsasən Ukrayna çempionatında top qovan futbolçular ilə maraqlandığını təkzib etməyib.