Ölkə futbolu

“Turan Tovuz”un yeni baş məşqçisi bəlli oldu

Bu gün “Turan Tovuz” klubunun Müşahidə Şurasının iclası keçirilib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələrdən sonra MŞ üzvü Əfqan Talıbovun bu baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb.

Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məqçi təyin olunub. Ə.Talıbovla mövsümün sonuna dək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib.

Qeyd edək ki, birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43