Kateqoriyasız

Türkiyə klubunun vitse-prezidenti koronavirusdan öldü

Türkiyənin “Adana Dəmirspor” klubunun vitse-prezidenti Şəntürk Çalık vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Adana təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 55 yaşlı Çalık koronavirusdan vəfat edib.

“Adana Dəmirspor” bu mövsüm Türkiyə 1-ci liqasını ilk sırada bitirib. Komanda 26 ildən sonra yeni mövsümdə Super Liqada mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43