Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi “Atletiko” ilə 2027-ci ilə qədər müqavilə bağlayıb. Madrid təmsilçisinin transferi mövsüm sonu rəsmən açıqlayacağı bildirilir.
5 ildir “Lester”də çıxış edən Türkiyə millisinin üzvü komandası ilə 132 oyunda forma geyinib və 4 qol vurub.