Dünya futbolu

Ançelotti iddialara son qoydu: “Peres mənə zəmanət verib”

Karlo Ançelotti “Real”dakı gələcəyi ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir italiyalı mütəxəssis barədə mətbuatda fərqli iddialar yer alır. Ançelottinin mövsüm sonu Madrid klubundan ayrılacağı və onun Braziliya millisinə kecəcəyi bildirilir.

Təcrübəli mütəxəssis yerli mətbuata haqqında çıxan iddialar barədə açıqlama verib:

“Növbəti mövsümdə nələr olacağını danışmaq üçün bir az gözləmək lazımdı. Çərşənbə günü rəhbərliklə müzakirəmz olacaq. Pis mövsüm keçirmədik, amma daha da yaxşı ola bilərdi. Biz bunu dəyərləndirəcəyik və bu, növbəti mövsümə doğru bir addım olacaq”.

O, adının Braziliya millisi ilə çəkilməsinə də münasibət bildirib:

“Hər kəs mənim hansı mövqedə olduğumu çox yaxşı bilir. “Real”la 2024-cü ilə qədər müqaviləm var və onu tamamlamaq istəyirəm. Klubun prezidenti Florentino Pereslə görüşüm olub. O, hər zaman olduğu kimi mənə dəstəyini bildirdi və burada qalacağıma zəmanət verdi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43