İdman

Azərbaycan kuboku yarışlarının finalçıları bəlli olur

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin oyunları keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.

İlk yarımfinal oyununda “Baku Fire” və MUM komandaları üz-üzə gələcəklər. Matça saat 19:30-da start veriləcək.

Digər matçda isə “Neftçi” komandası “Rəvan” ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:30-da səsləndiriləcək.

Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43