28 Dekabr 2024
Kateqoriyasız

Türkiyədə hakim meydanda həyatını itirdi

Türkiyə həvəskarlar liqasında arzuolunmaz hadisə qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, Balıkəsirdə baş tutan qarşılaşmalardan birinin gedişində yan xətt hakimi Halil Berke Aygün anidən yerə yıxılıb. Matçın 32-ci dəqiqəsində baş verən hadisədən sonra Halil dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünyasına dəyişən hakimin 17 yaşı var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43