İdman

Türkiyəli mütəxəssis Qətər klubunda

Türkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin “Əl-Qarafa” futbol komandasının baş məşqçisi təyin olunub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, B.Uyğun 2013-2016-cı illərdə də Qətərdə çalışıb. O, “Umm Salal” komandasına rəhbərlik edib. Cari mövsümə Türkiyə təmsilçisi “Osmanlıspor”un sükanı arxasında başlayan mütəxəssis 5-ci turdan sonra istefaya göndərilib. “Əl-Qarafa” Qətər Premyer Liqasının geridə qalan 11 turundan sonra 11 xalla 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43