Ölkə futbolu

“Uduzmuşuqsa, hamımız günahkarıq” – Şahin Diniyev

Mislli Premyer Liqasınını XIX turunda “Səbail” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından “dənizçilər”in baş məşqçisi Şahin Diniyev “CBC Sport”a oyun barədə fikirlərini bildirib:

“İlk hissə sırf nəticəyə oynadıq. İkinci yarıda durum bir az dəyişdi. Komandada psixoloji olaraq problem var. Özünəinam itib. Görüləsi işlər hələ qarşıdadı. Petru Stasyukun meydandan çıxması da müdafiədə probelemlərə səbəb oldu. Heyətdə əlavə itkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun yoxluğu da təsir edir. Ancaq futbolda bəhanələr üstündə yox, faktlar üzərində dayanmalıyıq. Uduzmuşuqsa, hamımız günahkarıq. Oyuna nəzarəti edə bilirdik. 90+6-cı dəqiqəyə qədər irəli gediriksə, deməli, gücümüz var. Çalışıb həm kubokda, həm də çempionatda yaxşı mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43