“Barselona”nın 4 futbolçusu – Klaudio Bravo, Xordi Masip, Tomas Vermalen və Duqlas Pereyra Kataloniya klubu ilə qazandıqları ÇL-dəki qızıl medalları UEFA-ya qaytarmaq məcburiyyətində qalıblar.
İdmanxeber.com xarici mətbuata istinadən xəbər verir ki, UEFA katalonların heyətində 2014-2015 mövsümündə 1 dəqiqə olsun belə meydana çıxmayan 4 futbolçunun medallarının qaytarılmasını istəyib.
İddia olunur ki, UEFA qaydalara uyğun olaraq komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşdüyünü bildirib.