Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Dnepr" – "Qarabağ" matçının keçiriləcəyi Kiyev şəhərində baş tutmalı olacaq "Metallist" – "Legiya" matçı bir gün daha tez (22 oktyabr) keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, Ukranyada baş verən məlum olayları nəzərə alan UEFA Lvovda keçirilməli olan oyunu Kiyevə salıb. Qaydalara əsasən isə eyni şəhərdə bir gündə iki matçın keçirilməsinə icazə yoxdu. Məhz bu üzdən matç bir gün tez – oktyabrın 22-də Valeri Lobanovski adına "Dinamo" stadionunda baş tutacaq.
Qeyd edək ki, bundna bir gün sonra isə – 23 oktyabr Kiyevin "Olimpiyski" stadionunda "Dnepr" "Qarabağ"ı qəbul edəcək.