Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə qalib gəlməsi, “Zirə”nin isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.
3 komanda birlikdə ölkənin aktivinə daha 0,625 xal gətirib. Bununla da Azərbaycan 13.875 xalla 29-cu yerini qoruyub.