Dünya futbolu

Ufuk Budak “Samsunspor”da

Millimizin üzvü Ufuk Budakın yeni klubunun adına rəsmən aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Son olaraq “Manisaspor”dan çıxış edən futbolçu “Samsunspor”la anlaşıb. Bu barədə Samsun təmsilçisinin idman direktoru Coşkun Zeren məlumat verib.

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43