Futbolun yaşayan canlı əfsanəsi Devid Bekhemin modelyer xanımı, 4 uşaq anası, Viktoriya Bekhem gözəl bədənə sahib olmağının sirrini açıqlayıb.
“Nizamlı olaraq idman edirəm. Həftədə demək olar ki, 6 dəfə idmanla məşğul oluram. Həm seksuallığımı qoruyuram, həm də daha sağlam görünüşə sahib oluram”.
Həftənin 6 günü 10 km qaçdığını söyləyən Viktoriya ağırlıq qaldırmaqla da gözəlliyinə gözəllik qatır.
Yediyi qidalara gəlincə, modelyer çörək və düyüdən imtina etdiyini söyləyib: “Boşqabıma ən çox yarısını dolduracaq qədər yemək qoyuram. Bu formamı sağlamağım üçün mənə kömək olur”.”