“Bakıda asan oyun olmayacaq. Amma hazırda nəinki Azərbaycanla, daha güclü komandalara qarşı layiqli mübarizə aparacaq yığmamızın olduğunu düşünürəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Bolqarıstan Futbol Federasiyasının vitse-prezidenti Yordan Leçko deyib.
Qurum rəsmisi ölkəsinin mətbuatına AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycana qarşı keçirəcəkləri matçla bağlı danışarkən, daha sonra sözlərinə belə davam edib:
“Yığmamız AÇ-2016-ya çıxmaq üçün mübarizə apara bilər. Komandamız İtaliya və Xorvatiya ilə bərabər mübarizə aparmağa qadirdi. Amma hazırda tam olaraq Azərbaycanla oyuna köklənməyimiz lazımdı. İlk oyunda xal itirməmək çox vacibdi”.