Dünya futbolu

“Vorskla”nın əsas oyunçusu “Qarabağ”a qarşı oynamayacaq

“Vorskla” komandasında ciddi itki

Ukrayna təmsilçisinin gürcüstanlı futbolçusu Aleksandr Kobaxidze ölkə çempionatının son turunda dizindən aldığı zədəyə görə əməliyyat olunub. Klub saytından verilən məlumata görə, futbolçunun bu ilin sonuna qədər meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı  buraxacaq.

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43