İdman

Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri bəlli olub

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki “Tata Steel Chess” turnirinda məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, yarışın bağlanış mərasimində əsas və “challenge” yarışı üzrə fərqlənən qrossmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və “challenge”in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43