27 Dekabr 2024
Kateqoriyasız

“Xalq komandası” xalqı aldadır

Avqustun 7-də “Neftçi”nin rəsmi saytında “Neftçi” – “Kəpəz” matçına bilet satışı davam edir (FOTOLAR) başlıqlı xəbər yer almışdı (http://www.neftchipfk.com/az/newsd.php?id=1168). Xəbərdə Premyer Liqanın ilk turu çərçivəsində Gəncə klubuna qarşı keçiriləcək oyun üçün bilet satışının  davam etdiyi, eləcə də görüş üçün bilet alan bəzi azarkeşlərin fotoları qeyd olunub. Bunda qeyri-adi heç nə yoxdur. Qəribə hal odur ki, “Neftçi”nin ictimaiyyətə azarkeş kimi təqdim etdiyi, bilet alırmış kimi göstərdiyi şəxslər azarkeş deyillər. Onlar klubla əməkdaşlıq edən “könüllülər”di. Xəbərdəki həmin “bilet alan” “azarkeş”ləri biz elə “Neftçi” – “Kəpəz” matçında stadionda iş başında gördük. Həmin gənclər daha əvvəl də millimizin, klublarımızın beynəlxalq matçlarında “könüllü” kimi iş başında olublar. “Könüllülər”in stadiona daxil olması üçün isə heç bir bilet tələb olunmur. Onlar rahat şəkildə stadionun ərazisinə daxil ola bilirlər. Bir sözlə, “Xalq komandası” xalqı aldadaraq, “könülləri” ictimaiyyətə “azarkeş” kimi təqdim edir…

futbolxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43