İdman

Xaqani Məmmədovun Əliyar Ağayev barəsindəki yalanı yenə təsdiqini tapmadı!

UEFA beynəlxalq dərəcəli futbol hakimlərinin 2017-2018 mövsümünün ilk yarısı üçün kateqoriyalarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, yeni siyahıda FİFA referemiz Əliyar Ağayevin birinci kateqoriyaya yüksələcəyi gözlənilsə də, bu, baş verməyib. O, yenə ikinci kateqoriyaya malik referilər siyahısında saxlanılıb. Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıblar.  

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov qışda hakimlərin kateqoriyaları açıqlanarkən, Əliyar Ağayevin 2017-2018 mövsümünün əvvəlindən birinci kateqoriyaya keçəcəyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43