Kateqoriyasız

“Xəzər Lənkəran” axtardığı qapıçını tapdı – ÖZƏL

Sloveniyadan dönən “Xəzər Lənkəran” avqustun 2-sindən yenidən məşqləri bərpa edərək, Premyer Liqanın ilk turunda AZAL-la matça hazırlaşacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubu qapıçı problemini də artıq yoluna qoymaq üzrədi. İki legioner qapıçı arasında seçim edəcək “ağ-yaşıllar” böyük ehtimalla adı açıqlıanmayan rumıniyalı qapıçı ilə güclənəcək.

Oğuz Çətinin istədiyi bu qolkiper yaxın günlərdə “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacaq. Lakin onun öncədən də xəbər verdiyimiz kimi ilk turda meydana çıxmayacağı dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43