Ölkə futbolu

“Xəzər Lənkəran” xəbərimizi təsdiqlədi: “Bəli, həmin qapıçı rumıniyalıdı”

Az öncə “Xəzər Lənkəran”ın rumıniyalı qapıçı ilə müqavilə bağlamağa yaxın olduğunu yazmışdıq.

Adı açıqlanmayan qapıçının yaxın günlərdə “Xəzər Lənkəran”a qoşulacağı və onunla müqavilə imzalanacağı ilə bağlı xəbərimizi klubun mətbuat xidmətindən təsdiqləyiblər.

İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu iki qapıçı arasında seçim edəcəklərini bildirib:

“İki qapıçı arasında seçi olacaq. Bəli,  həmin qapıçı rumıniyalıdı. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Biz bu problemi də çempionat başlamamış yoluna qoyacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43