“Xəzər Lənkəran” transfer etmək istədiyi daha bir futbolçunun adı məlum olub.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, Cənub klubu Türkiyə millisinin də bir zamanlar şərəfini qorumuş Sinan Kaloğlunu transfer etmək niyyətindədi.
“Ağ-yaşıllar”ın türkiyəli çalışdırıcısı “Ərciyyəsspor”dan ayrılan Sinan bundan başqa “Boluspor”, “Altay”, “Marmaris Bələdiyyəspor”, “Beşiktaş”, “Diyarbəkirspor”, “Manisaspor”, “Busaspor”, “Karabükspor”, “Antalyaspor”, “Elaziğspor” kimi klubların şərəfini qoruyub. 33 yaşlı hücumçu Almaniyada “Bohum”, Hollandiya da isə “Vitess”in formasını geyinib.