Türkiyədə təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, Yunis Hüseynovun yetirmələri Türkiyənin “Kasımpaşa” klubu ilə üz-üzə gələcək. Daha əvvəl aşağı dəstə klubu “Niğdespor”a minimal hesabla (1:0) qalib gələn Cənub komandası Superliqa təmsilçisinə də gücünü göstərməyə çalışacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Yoxlama oyunu
14 iyul
“Kasımpaşa” (Türkiyə) – “Xəzər Lənkəran” (Azərbaycan) 2:0
Qollar: Malki Büyüksal, 42 (1:0), 44 (2:0) |
Nevşehir stadionu