Xəzər Lənkəran”ın əvəzedici komandası Gürcüstan toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib.
İdmanxeber.com xəbər verir ki, Elbrus Məmmədovun komandası qonşu ölkənin 1-ci liqa təmsilçisi “STU” komandası ilə qarşılaşıb.
Oyunun fasiləsinə az qalmış yeni transfer Nurxan Mənsimzadənin qolu “Xəzər Lənkəran”ı hesabda irəli çıxarıb. Lakin 60-cı dəqiqədə yerli komandanın futbolçuları bərabərlik qolunu vurublar və matç 1:1 hesabı ilə yekunlaşıb. (klub saytı)