Kateqoriyasız

“Xəzər Lənkəran” qazaxları aldatdı

Türkiyənin Antalya şəhərində hazırlaşan "Xəzər Lənkəran”ın təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, cənub təmsilçisi sabaha planlaşdırdığı yoxlama oyununu keçirməyəcək.  Qazaxıstanın "Taraz” klubu ilə keçirilməli olan görüşün təxirə salınma səbəbi kimi rəhbərliyin bundan öncə keçirilən 4 yoxlama görüşünün yeterli olmasını düşünməsi olub. Bu səbəbdən "Xəzər Lənkəran" klubu hazırlığını başa vuraraq, yanvarın 26-sı paytaxta dönəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43