“Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən daha bir futbolçunun adı bəlli olub.
İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, milliləşən 25 yaşlı alman futbolçu Uğur Pamuk icarəyə verilir.
Pamuk "Sumqayıt"a mövsümün sonuna kimi icarəyə veriləcək. Əgər yarımmüdafiəçi sabiq klubunda özünü təsdiqləyə bilsə Mustafa Dənizli onu yenidən əsas heyətə qaytaracaq.
Xatırladaq ki, 2013-cü ildə "Xəzər Lənkəran"a qoşulan Pamuk burada 19 oyun keçirib və 2 qol vurub.