Sloveniya toplanışını başa vuraraq vətənə dönən “Xəzər Lənkəran” Lənkərana getməyərək, hazırlığı Bakıda davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisi Premyer Liqanın ilk turu qarşılaşacağı AZAL-la matç üçün hazırlığı “Dağla Arena”da keçəcək. Şüvəlandakı stadionun da süni örtüklü olması Cənub klubunun Mərdəkanda hazırlaşmasına səbəb olub.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk oyununu gələn həftənin şənbə günü “AZAL Arenada” AZAL-a qarşı keçirəcək.