Bir müddətdir ki, mətbuatda "Xəzər Lənkəran"da istefaların olacağı xəbərləri yayılmışdı. Klub daxilində bir neçə şəxsin istefaya göndəriləcəyi söylənilirdi.
Bu məsələyə aydınlaşdırmaq üçün Lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.com-a açıqlamasında onlara belə bir məlumatın daxil olmadığını bildirdi:
"Bizə bu barədə heç bir məlumat daxil olmayib. Yayılan xəbərlər doğru deyil".