Yeni mövsümə uğursuz start götürən və son olaraq Zaqataladan xalsız qayıdan “Xəzər Lənkəran” futbolçuları məşqçilər korpusunun qəzəbinə tuş gəlib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıl”lı futbolçular “Simurq”la matçdan sonra istirahətə buraxılmayıblar.
“İnter”lə oyunöncəsi komandaya istirahət verməyən Oğuz Çətin bu minvalla futbolçularını cəzalandırıb.