Yenidən “Xəzər Lənkəran”da fiziki-hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olu Ciovanni Melkiorre sabah Azərbaycana gəlir.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətindən məlumat verilib.
51 yaşlı Melkiorre “Xəzər Lənkəran”da tanış simadı.
Belə ki, italiyalı məşqçi 2011-ci ildə “ağ-yaşıllar”da çalışıb. Melkiorre müxətlif illərdə Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra” və “Petrolul” klublarında çalışıb. Onun son iş yeri digər rumın klubu “ÇFR” olub.
Xatırladaq ki, Melkiorre ilə 2 illik müqavilə bağlanılıb.