Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində "Xəzər Lənkəran" Naxçıvanda "Araz"ın qonağı olub.
İdmanxeber.com-un məlumatına görə, ilk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Cənub klubu hesabı açsa da bu üstünlüyünü sona qədər saxlaya bilməyib. Birinci divizionun lideri oyuna əlavə olunmuş dəqiqələrdə bərabərlik topunu "ağ-yaşıllar"ın qapısına vura bilib – 1:1.
)