Türkiyənin Kapadokya bölgəsində təlim məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununu keçirməli idi.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisinin Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə görüşü baş tutmayacaq.
Türkiyə klubunun xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə Kayseri təmsilçisinin heyətində bir sıra futbolçunun zədələnməsidir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın növbəti yoxlama görüşü iyulun 11-nə nəzərdə tutulub. Rəqibin kimliyi hələlik müəyyənləşməyib.