Sloveniya toplanışını yekunlaşdırmağa hazırlaşan “Xəzər Lənkəran” bütün mövqelər üzrə boşluqları doldursa da komandanın qapıçı problemi hələ də qalmaqdadır.
Belə ki, hazırda heyətdə cəmi iki özü də gənc qapıçılar yer alır ki, bunlar da Orxan Sadıqlı və Tərlan Qasımzadədir. Gənclərin yanında bir təcrübəli ismin olması isə əlbəttə ki, yalnız komandanın xeyrinə olardı.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran” üçüncü qapıçını Türkiyədən gətirəcək. Bu işləsə baş məşqçinin qapıçılar üzrə köməkçisi Murat Göksu özü məşğul olur. Rəhbərlik tərəfindən də ona razılıq verilib. Lazım olan maliyyənin də ayrılacağı bildirilib.
12cioyuncu.info