“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Yanq Boyz”da gözlənilməz istefa reallaşıb.
İdmanxeber.com-un məlumatına görə, İsveçrə təmsilçisi baş məşqçisi Uli Forte ilə yollarını ayırıb.
Çempionlar Liqasında və yeni start götürən İsveçrə Superliqasında hələ də qələbə qazana bilməyən “Yanq Boyz” rəhəbrliyi məhz uğursuzluqu əsas gətirərərk təcrübəli mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Müvəqqəti olaraq komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq.
Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq.