Müsahibə

Yaşar Vahabzadə: “Bizə lazım olan nəticəni əldə edə bildik”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində A qrupunda mübarizə aparan milli komandamız Mərakeşlə 0:0 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:

– Bilirdik ki, rəqibə qələbə lazım idi. Onlar daha çox standart vəziyyətlərdən yararlanmağa çalışırdılar. Oyunumuzda müəyyən çatışmazlıqlar var idi, amma bizə lazım olan nəticəni əldə edə bildik.

– Oyundakı idarəçilik birmənalı qarşılanmadı. Siz necə düşünürsüz: hakim bizə yardım etdimi?

– Şahruddinlə olan epizodda qapıçımıza qarşı qayda pozuntusu var idi. Amma ilk hissədəki epizodu xatırlamıram.

– Komanda sanki ikinci hissədə daha yaxşı oynayır. Bu, sizin tapşırığınızdırmı?

– Düşünmürəm ki, bu, belədir. Əvvəlki oyunlarda külək amili var idi. Belə bir tapşırığım olmayıb.

– Məqsəd İsayevin zədəsi ciddidirmi?

– Hələlik heç nə deyə bilmərəm. Həkim müayinəsindən sonra buna aydınlıq gələcək…

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43